Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Həmkarlarla birlikdə ölkəmizin sosial-iqtisadi inkişaf prioritetləri çərçivəsində müəyyənləşdirilmiş hədəfləri və fəaliyyət planlarını vurğuladıq.
İqtisadiyyatın şaxələndirilməsi, investisiyaların fəal təşviqi, sahibkarlara dəstək, işğaldan azad edilmiş ərazilərdə biznes aktivliyinin artırılması, özəl sektorun inkişafı, ixracyönümlü artım modelinin və biznes mühitinin təkmilləşdirilməsi üçün səmərəli mexanizmlərin hazırlanmasının əhəmiyyətini qeyd etdik", - deyə paylaşımda bildirilib. (Trend)