Bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu yanında Ticarət Nümayəndəliyi məlumat yayıb.
Məlumata görə, şirkət Qarabağ iqtisadi rayonunda fəaliyyətini inkişaf etdirməyi planlaşdırır.
“Azərbaycanda aprelin 25-də keçirilmiş Sahibkarlar Günündə “Birlik Deri” şirkətinə rezident statusunun verilməsi qərara alınıb”, - nümayəndəlikdən bildirilib.
Məlumatda qeyd olunub ki, Türkiyə şirkətinin sahibi Burhan Demirsesin Ticarət Nümayəndəliyində ilk görüşü 2023-cü il noyabrın 24-də baş tutub və o, şirkətin Qarabağın bərpasında iştirak etmək niyyətini açıqlayıb: “Birlik Deri”nin Ağdam Sənaye Parkında gələcək fəaliyyəti Qarabağ regionunun inkişafına, buraya qayıdan əhalinin məşğulluğuna və sosial-iqtisadi rifahının yaxşılaşmasına töhfə verəcək”.
Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il mayın 28-də Ağdam Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. Sənaye parkının ərazisi 190 hektardır. Park rezidentlərinin ümumi investisiyaları 200 milyon manatdan çox qiymətləndirilir. (Report)