22.11.2024, 05:24
AZ EN
11.09.2023, 18:02 272

Kəlbəcərdə məktəb tikintisi ilə bağlı tender elan edildi

XƏBƏRLƏR
  • Elm və Təhsil Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər şəhərində məktəb binasının tikintisi ilə bağlı təkliflər sorğusu elan edib.

“Vətən səsi” xəbər verir ki, Nazirliyin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi sorğuda Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb binasının tikintisi işlərinin satınalınması nəzərdə tutulur. Müsabiqəyə qatılmaq istəyən iddiaçılar bunun üçün 3000 manat iştirakhaqqı ödəməlidir. Müsabiqəyə təkliflərin təqdim olunması üçün son tarix sentyabrın 22-də başa çatır.

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması vacibdir. Həmçinin tikinti işlərinin satınalınmasında iştirak etmək istəyən şirkət hüquqi-təşkilatı formasından asılı olmayaraq tenderdə nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalıdır.
Təkliflər sorğusu üzrə tender təklifinin təminatı şərtlərində o da qeyd olunur ki, Kəlbəcər şəhərində məktəb binasının tikintisi ilə bağlı satınalma tenderində xarici şirkətlər də iştirak edə bilər. Bu halda tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlərlə yanaşı onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiq edən sənədlər də təqdim olunmalıdır. Xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunduğu halda keçərli hesab edilir.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR