22.11.2024, 03:16
AZ EN
25.06.2023, 17:36 176

Fransa səfiri: Bu gün Azərbaycan nəqliyyat və logistika habıdır

XƏBƏRLƏR
  • Bu gün Azərbaycan nəqliyyat və logistika habıdır

Bunu Fransanın Azərbaycandakı səfiri Ann Buayon "Alstom"un tədris mərkəzinin (dəmir yolu sahəsində mütəxəssislər hazırlayan mərkəz) diplomlarının təqdim olunma mərasimində deyib.

Səfir qeyd edib ki, Fransa və fransız şirkətləri Azərbaycanın nəqliyyat sektorunun gələcək inkişafına töhfə verməyə hazırdır.

Onun sözlərinə görə, "Alstom" tədris mərkəzi Azərbaycan Texniki Universitetinin bazasında dəmiryolu işçilərinin hazırlanması prosesinə yeniliklər gətirir və ən son texnologiyaları tətbiq edir.

"Hamımız yaxşı bilirik ki, bu gün Azərbaycan nəqliyyat və logistika habıdır. Ölkə möhtəşəm dəmir yolu və digər dəhlizlərə, həmçinin beynəlxalq əhəmiyyətli marşrutlara malikdir. Fransa fransız şirkətləri, xüsusən "Alstom"la yanaşı nəqliyyat sektorunun gələcək inkişafına töhfə verməyə hazırdır", - deyə A.Buayon qeyd edib.

Səfir Fransanın Bakıda və Gəncədə də bir sıra dəmiryolu layihələrini maliyyələşdirəcəyini vurğulayıb. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR