01.06.2025, 01:16
AZ EN
30.05.2025, 16:59 115

Elnur Soltanov: Qarabağ gələcəkdə ölkənin digər yerlərini də yaşıl enerji ilə təmin edəcək

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilər Azərbaycanda birinci yaşıl enerji zonası elan edilib.

Bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov deyib.

O qeyd edib ki, bu ərazilər üzrə Azərbaycan 2050-ci ilə qədər sıfır karbon emissiyası öhdəliyi götürüb:

“Atılan addımlardan məqsəd vətəndaşlarımızı keyfiyyətli enerji ilə təmin etmək və yaşıl enerji keçidini də təmin etməkdir. Qarabağda istehlak təqribən 40 meqavatdan az, amma elektrik enerjisinin istehsalı 100 meqavatın üzərindədir. Regionlararası münasibətlərə baxanda görmək olur ki, Qarabağ nəinki öz-özünü yaşıl elektronlarla təmin edir, hətta bunu ölkəmizin digər yerlərinə də ötürmüş olur. Bu rəqəmlərin dəfələrlə artması nəzərdə tutulur. Çünki ən optimist ssenarilərə görə bu regionun tələbatı 1000 meqabat ətrafında olacaq. Hazırkı istehsal sürətimiz bundan çoxdur. Yəni Qarabağ gələcəkdə də nəinki özünü, hətta ölkənin digər yerlərini də yaşıl enerji ilə təmin edəcək”.

“Enerji dörd dəyər zəncirinə ayrılır: İstehsal, ötürmə, paylama və istehlak zəncirləri. Demək olar ki, birinci və ikinci dəyər zəncirlərində işlər tamamlanıb. Hazırda paylama və istehlak zəncirlərində işlər davam edir. Bunun davam etməsinin də səbəbi odur ki, köç mütəmadidir. Proses davam etdiyinə görə, bu zəncirlər üzrə işlər davam edir”, - deyə nazir müavini bildirib. (APA)

Oxşar xəbərlər