22.11.2024, 00:38
AZ EN
02.07.2024, 15:03 279

“Oil & Gas Journal” Bakıda “Avro-5” standartlarına uyğun benzin və dizel yanacağının istehsalı kompleksinin istismara verilməsindən yazıb

XƏBƏRLƏR
  • Birləşmiş Ştatların nüfuzlu “Oil & Gas Journal” nəşri iyulun 2-də Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodunda “Avro-5” standartlarına uyğun benzin və dizel istehsalı kompleksinin işə salınması barədə məqalə dərc edib.

Nəşrin SOCAR-ın məlumatına istinadla yazdığına görə, Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR dizel yanacağı və “Avro-5” standartlı avtomobil benzininin istehsalı üzrə kompleksin tikintisini başa çatdırıb və onu istismara verib. Bu, zavodda istehsal olunan Aİ-92 və Aİ-95 markalı benzinin keyfiyyətini “Avro-5” standartlarına çatdırmağa imkan verib.

“Oil & Gas Journal” qeyd edib: “Bundan başqa, kompleksin istifadəyə verilməsi SOCAR-a “Avro-5” keyfiyyət standartlarına cavab verən Aİ-95 markalı benzinə olan tələbatı yerli istehsal hesabına tam ödəməyə imkan verəcək”.

İlk nüsxəsi 1902-ci ildə nəşr olunan “Oil & Gas Journal” qlobal neft və qaz sənayesində ən nüfuzlu və çox oxunan jurnaldır. Nəşrdə beynəlxalq xəbərlər, analitik, texnoloji və elmi məqalələr, habelə dünya bazarlarına dair icmallar və statistik məlumatlar dərc olunur. (AZƏRTAC)

Oxşar xəbərlər