19.06.2025, 03:04
AZ EN
23.04.2025, 12:10 247

Azad edilmiş ərazilərdə kənd təsərrüfatlı təyinatlı 4,7 min hektar ərazi 40 illik icarəyə verilib

XƏBƏRLƏR
  • “Azad edilmiş ərazilərdə müasir suvarma sistemi tətbiq olunur”.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Nazir müavini bildirib ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası diqqət mərkəzindədir: “Bu sahədə yeni dəstək mexanizmlərinin formalaşdırılması və tətbiqi qarşıya vəzifə kimi qoyulub. Azad edilmiş ərazilərdə kənd təsərrüfatlı təyinatlı 4,7 min hektar ərazi ayrı-ayrı subyektlərə icarəyə verilib”.

O, Zəngilan rayonunda kənd təsərrüfatı təyinatlı 2220 hektar (o cümlədən 720 hektar örüş), Qubadlı rayonunda isə 2000 hektar torpağın aqrar sahədə fəaliyyət göstərənlərə uzunmüddətli - 40 illik icarəyə verildiyini bildirib.

Nazir müavininin sözlərinə görə, azad edilmiş ərazilərdə aqrar sahə subyektləri ilə qısamüddətli müqavilələr də bağlanır. (APA)

Oxşar xəbərlər