Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı Su Həftəsi Beynəlxalq Konfransının ("Baku Water Week Conference") açılış mərasimində deyib.
"Azərbaycanda 20-yə yaxın kanalın bərpa olunması nəzərdə tutulub. Hazırda onlardan 6-sının bərpa olunması istiqamətində işlər davam edir, 2-də işlər artıq başlama üzrədir, 12-də isə hazırlıq işləri bitmək üzrədir. Bundan başqa 13 anbarın yenidənqurulması məsələsi var. Onlardan 2-si bərpa olunub", - deyə o qeyd edib.
Z. Mikayılov əlavə edib ki, paralel olaraq digər anbarların texniki-iqtisadi əsaslandırılması aparılır.
Qeyd edək ki, Həkəriçay üzərində Zabuxçay su anbarının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərini Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş. aparır. Bu işlərin görülməsi üçün şirkətlə 128,2 milyon manatlıq müqavilə imzalanıb. (Report)