“Vətən səsi” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun birgə keçirdiyi mətbuat konfransında bildirilib. Qeyd edilib ki, gələn ildən başlayaraq Macarıstan Qarabağ bölgəsində yenidən qurmada iştirak edəcək. Bununla bağlı aparılan danışıqların nəticəsi olaraq Azərbaycan hökuməti planları təsdiqləyib, hətta bəzi müqavilələr də artıq imzalanıb.
Bundan başqa, işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etmək üçün maraq göstərən macar şirkətləri ilə də danışıqlar aparılıb.
Elxan SALAHOV