İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) xəbər verir ki, bu barədə müzakirələr İZİA-nın İdarə Heyəti sədrinin müavini Fuad Məhərrəmovun İsrailin Azərbaycandakı səfirinin müavini Yoav Bistritskilə görüşündə aparılıb.
Bildirilir ki, F. Məhərrəmov ölkədə fəaliyyət göstərən iqtisadi zonalar, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verib.
Həmçinin, görüşdə iqtisadi zonaların təqdimatı keçirilib. (Report)