Qarabağda tikinti-quruculuq işləri kiçik və orta sahibkarlara imkan yaradır ki, həmin layihələrdə podratçı, baş podratçı qismində iştirak etsin.
bunu KOBİA-nın sədri Orxan Məmmədov bildirib. Onun sözlərinə görə, genişmiqyaslı dəstək alətləri, istər maliyyə dəstək alətləri, istərsə də başqa dəstək alətləri ilə sahibkarlara xidmət göstərilir.
"Yerli sərgilərdə iştirakda məqsəd sahibkarlara platforma yaratmaqdır ki, onlar həmin sərgilərdə KOBİA-nın maliyyə dəstəyi ilə iştirak etsin, öz məhsullarını, işlərini geniş auditoriyaya yaya bilsin. Bu gün həmin dəstək paketindən istifadə edərək 10-a yaxın şirkətə imkan yaratmışıq ki, öz xidmətlərini geniş auditoriyaya, böyük şirkətlərə, həm böyük podratçılara, həm xarici qonaqlar göstərə bilsinlər", - deyə O.Məmmədov bildirib.