Azərbaycan Mərkəzi Bankından məlumat verilib ki, bu göstərici bir ay əvvələ nisbətən 389 min manat və ya 0,4% az, 2024-cü ilin noyabr ayındakı göstərici ilə müqayisədə isə 16,3 milyon manat və ya 18,2% çoxdur.
Hesabat dövrünə sözügedən regiondan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,33%-ə bərabər olub.
Eyni zamanda, 2025-ci ilin noyabr ayında Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 808 min manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 173 min manat, yaxud 17,6% az, ötən ilin eyni dövrünə nisbətən isə 416 min manat və ya 2,1 dəfə çoxdur.
Hesabat dövrünə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 4,55% təşkil edib.
Qeyd edək ki, bu ilin dekabrın 1-nə Azərbaycanın ümumi regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 16,182 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 1,9 milyard manat və ya 13,7% çoxdur. (Trend)