21.09.2024, 10:51
AZ EN
23.07.2024, 15:51 243

Laçın və Xocavəndin kəndlərinə elektrik xətti çəkilir

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş ərazilərdə daha üç yaşayış məntəqəsində elektrik enerjisi infrastrukturunun qurulkması ilə bağlı hazırlıq işləri başa çatıb. Söhbət Laçın rayonunun Minkənd və Ağbulaq, Xocavəndin Zoğalbulaq kəndlərindən gedir.

"Vətən səsi" xəbər verir ki, “Azərişıq” ASC hər üç yaşayış məntəqəsində həyata keçiriləcək tikinti-quraşdırma işləri ilə bağlı tenderlərə yekun vurub. Bir ay əvvəl elan edilmiş hər iki tenderin qalibi “Harmony İndustrial Construction and Engineering Group” MMC şirkəti olub. Əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun olaraq “Azərişıq”la “Harmony İndustrial Construction and Engineering Group” arasında “Laçın rayonunun Minkənd yaşayış məntəqəsi ərazisində 35 kV-luq "Minkənd" yarımstansiyasının tikintisi və "Ağbulaq-SES"- "Minkənd" yarımstansiyaları arası 35 kV-luq iki dövrəli xəttinin çəkilməsi işləri”ni yerinə yetirəcək. Bunun üçün "Azərişıq" qalib şirkətə 6 milyon 845 388 manat ödəyəcək.

İkinci tenderin nəticəsi olaraq imzalanmış digər müqavilə isə Xocavənd rayonunun Zoğalbulaq yaşayış məntəqəsi ərazisində 35 kV-luq "Zoğalbulaq" yarımstansiyasının tikintisi və dairəvi sxemin bir hissəsini təşkil edəcək Hadrut "Qovşaq" yarımstansiyası ilə "Zoğalbulaq" yarımstansiyası arasında 35 kV-luq iki dövrəli xəttinin çəkilməsini nəzərdə tutur. Həmin müqavilənin dəyəri 7 milyon 594 min 971 manatdır.

Bununla da “Harmony İndustrial Construction and Engineering Group” MMC ümumilikdə 14 440 359 milyonluq sifariş qəbul edib.

Elxan SALAHOV

Oxşar xəbərlər