Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov “X”sosial şəbəkəsində paylaşım edib.
“Sahibkarlar "Elektron kredit zəmanət" informasiya sistemi vasitəsilə dəstək mexanizmindən faydalana bilərlər:
5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti;
Həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndinin 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılması.
Kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddətinin tətbiqi” - deyə Mikayıl Cabbarov paylaşımda bildirib. (APA)