21.11.2024, 15:12
AZ EN
26.10.2022, 14:28 352

İsveçrə şirkətləri azad olunmuş 4 şəhərin master planı üzərində çalışır

XƏBƏRLƏR

Hazırda İsveçrə şirkətləri Azərbaycanın işğaldan azad olunmuş 4 şəhərinin master planı üzərində çalışır.

Bunu Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov mətbuat konfransında deyib.

Səfir bildirib ki, isveçrəli tərəfdaşların bu regionla bağlı yanaşması çox faydalıdır.

Səfir Fuad İsgəndərov qeyd edib ki, Azərbaycanda İsveçrənin 89 şirkəti qeydiyyatdan keçib.

APA

Oxşar xəbərlər