11.07.2025, 16:29
AZ EN
23.06.2023, 07:24 474

Elgün Cavadov: “Həkəri çayının sahilində yeni çimərlik yaradılacaq”

XƏBƏRLƏR
  • Dadlı təamlar, zəngin milli mətbəx nümunələri Qarabağda qastroturizmi inkişaf etdirir. Bənzərsiz təbiətə malik Tuğ kəndində Kulinariya Təlim Mərkəzi yaradılacaq. Bu tarixi məkanı görməyə  gələn turistlər kəndin gözəlliyini seyr etməklə yanaşı,  ləzzətli yeməklərdən dadıb bu mətbəxlə yaxından tanış ola biləcəklər. Tarixən şərabçılıq destinasiyası kimi tanınan Tuğ kəndi tezliklə öz şöhrətini bərpa edəcək.

Dövlət Turizm Agentliyinin nümayəndəsi Elgün Cavadov İTV-yə açıqlamasında bildirib ki, şərab zavodunun vasitəsilə burada şərab turizminin və  yerli əhali qayıtdıqdan sonra şərabçılığın inkişafı ilə bağlı planlar mövcuddur. Eyni zamanda Zəfər yolu istiqamətində Şuşaya qədər olan ərazidə turizm dəhlizinin yaradılması ilə bağlı ilkin araşdırma işlərimiz başlanılmışdı. Gələcəkdə bu ərazinin alterntiv turizm dəhlizi kimi  istifadə olunması və buraya gələn turistlər üçün  yol boyu xidmətlərin təklif olunması nəzərdə tutulub.

Hazırda Laçında  kurort mehmanxanaların, sanatoriyaların tikilməsi ideyası müzakirə edilir. Dağların qoynunda yerləşən şəhərdə, Həkəri çayının sahilində yaradılan çimərlik  isə həm yerli, həm də  xarici turistlərə xoş istirahətlər vəd edir.

Elgün Cavadovun sözlərinə görə, rayon daxilində kiçik turizm dəhlizlərinin yaradılması mümkündür: “Eyni zamanda Minkənddə və ətrafında sağlamlıq turizm obyektləri və daxili turistlər üçün burada imkanlar var ki, onların ciddi qiymətləındirilməsi və turizmə haqq qazandırılmasına ehtiyac var.  Bununla bağlı təkliflərimizi hazırlayıb təqdim edəcəyik”.

Mütəxəssislər azad edilən ərazilərimizdə ekoturizm, dağ və  sağlamlıq turizminin inkişafı üçün böyük potensial olduğunu bildirirlər. Qarabağ və  Şərqi Zəngəzurun əsrarəngiz gözəlikləri, dağları, bol sulu çayları,  sıx meşələri burda turizmin ən müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar açır.

Hazırladı: Tahirə AĞAMİRZƏ  

Oxşar xəbərlər