11.07.2025, 18:22
AZ EN
11.07.2025, 13:27 219

Erməni yepiskop universitetdən qovuldu

XƏBƏRLƏR
  • Erməni Apostol Kilsəsinin yepiskopu Anuşavan Jamkoçyan iş adamı Samvel Karapetyana dəstək aksiyasında iştirak etdikdən sonra İrəvan Universitetindən qovulub. 

Bu barədə erməni mediası məlumat yayıb. 

Jamkoçyan bu universitetin ilahiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb. Jurnalistlərin fikrincə, onun işdən çıxarılmasına dair göstəriş Ermənistan hökumətindən gəlib.

Jamkoçyan 2005-ci ildən dekan postunu tutub.

Günel QULİYEVA

Oxşar xəbərlər