21.05.2024, 21:14
AZ EN
01.03.2024, 15:52 213

Türkiyə diplomatı İrəvana gələcək?

XƏBƏRLƏR
  • Türkiyə-Ermənistan məsələlərinin nizamlanması üzrə Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıc bu gün Antalyada keçirilən diplomatik forumdakı çıxışında Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyana gələn həftə İrəvanda görüşməyi təklif edib. O, deyib ki, bu tarixi hadisə olacaqdır.

Ermənistanın Türkiyə ilə münasibətlərin nizama salınması üzrə xüsusi nümayəndəsi, parlament spikerinin müavini R.Rubinyan isə belə cavab verib: "Mən və Siz harada və vaxt görüşəcəyimizi bir az sonra müəyyənləşdirərik". Xəbəri yayan "Hraparak" əlavə edib ki, Türkiyə diplomatının bu addımı münasibətlərin nizama salınması istiqamətində müsbət irəliləyişdir.

N.Qaramanlı

Oxşar xəbərlər