11.07.2025, 23:04
AZ EN
11.07.2025, 14:49 282

Azərbaycan millisi Bolqarıstanda təşkil olunan beynəlxalq turnirdə 3 qızıl medal qazanıb

XƏBƏRLƏR
  • Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət millisi Bolqarıstanda təşkil oluanan "12-ci Sofiya Kuboku"nda 3 qızıl medal qazanıb.

Bu barədə Üzgüçülük Federasiyasından məlumat verilib.

Yarışda ölkəmizi Aminə Həsənbəyova, Ayla Hüseynova, Maqsud Tahirli, Mehri Ağayeva və Muhamməd Hüseynov təmsil ediblər. Onları baş məşqçi Anton Melnikov müşayiət edib.

Yığmanın heyətində hər üç qızıl medalı Maqsud Tahirli hesabına yazdırıb. O, 1 və 3 metrlik tramplindən, eləcə də 5 metrlik platformadan tullanışlarda bütün rəqiblərini üstələyib.

Qeyd edək ki, ümumilikdə 160-dan çox idmançının mübarizə apardığı yarışda Azərbaycanla yanaşı, Bolqarıstan, Almaniya, Litva, Macarıstan, Norveç, Rumıniya, Serbiya, Xorvatiya, Türkiyə və Yunanıstan təmsilçiləri yer alıblar. (Report)

Oxşar xəbərlər