11.07.2025, 17:17
AZ EN
11.07.2025, 13:09 251

Coel Loren: Dağıdılmış və bərpa edilmiş Kəlbəcər arasındakı fərq heyrətləndiricidir

ŞƏRQİ ZƏNGƏZUR
  • Dağıdılmış və bərpa edilmiş Kəlbəcər arasındakı fərq heyrətləndiricidir.

Bunu filippinli səyyah Coel Loren bildirib.

"Ermənistanın işğalından sonra geriyə qalan dağıdılmış evlərə baxdıqda və onları indi tikilənlərlə müqayisə etdikdə, bu, həqiqətən heyranlıq doğurur", - o qeyd edib.

Səyyahın sözlərinə görə, xüsusilə onu yeni mənzillərin sakinlərə pulsuz verilməsi təəccübləndirib: "Bir vaxtlar evlərini tərk etməyə məcbur olan vətəndaşlara mənzillər pulsuz verilir. Azərbaycan öz vətəndaşlarına böyük qayğı göstərir. Bu, böyük üstünlükdür". (Report)

Oxşar xəbərlər