Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB dövlət başçılarının dar tərkibdə Moskvada keçirilən sammitində deyib.
“Qazaxıstan Azərbaycan və Ermənistanın sülh müqaviləsinin bağlanmasına yönəlmiş qarşılıqlı addımlarını alqışlayır. Biz həmçinin Mərkəzi Asiya regionunda dövlətlərarası sərhədlərin müəyyən hissələrinin hüquqi qeydiyyatının başa çatdırılmasında əhəmiyyətli irəliləyişləri də məmnunluqla qeyd edirik”, - o bildirib.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov son bir ildə birbaşa ikitərəfli danışıqlar yolu ilə normallaşma prosesində mühüm irəliləyişlər əldə etdiyini açıqlamışdı. Onun sözlərinə görə, Azərbaycan təkcə öz milli təhlükəsizliyi və rifahı üçün deyil, həm də bütün regionun daha yaxşı gələcəyi üçün güclü məsuliyyət hissi ilə bu prosesi irəli aparmağa davam edəcək. (Report)