Bunu Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında deyib.
Millət vəkili bildirib ki, minimum əmək haqqı artımından sonra daha çox sektorlarda maaş artımlarının olacağı gözlənilir: "Son sərəncamın əhatə dairəsinin geniş olması bunu bir daha təsdiq edir. 3 milyon vətəndaşımızı əhatə edəcək beşinci sosial paketin maliyyələşməsinə əlavə olaraq 1.6 milyard manatın ayrılacağı gözlənilir. Bütövlükdə, bu il ərzində dövlət büdcəsindən sosial sahəyə 16.9 milyard manat ayrılacaq".
Tahirə AĞAMİRZƏ