Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, ekspert Tural İsmayılov deyib.
O bildirib ki, ölkəmizin tətbiq etdiyi bu yeniliklər bir çox xüsusiyyətlərinə görə pilot layihədir: “Məsələn, idarəetmədə dövlət başçısının xüsusi nümayəndəlik institutu ilə əvəz edilməsi, eyni zamanda, “Ağıllı kənd” layihələrinin uğurla tətbiq edilməsi və artıq Azərbaycanda ilk “Ağıllı kənd” layihələrindən hesab edilən Zəngilanın işğaldan azad edilmiş Ağalı kəndində yaşayışın artıq uzun müddətlik bərpa edilməsi ölkəmizin infrastruktur layihələrində idarəetmədə və bir çox sahələrdə innovativ yeniliklərin nə qədər uğurla tətbiq etdiyini bir daha göstərir. Ümumilikdə isə “Ağıllı kənd” layihəsi insanların əmək qabiliyyətinin daha da inkişafına səbəb olur”.
Ekspert qeyd edib ki, bu layihə nəticəsində əraziyə qayıtmış insanların sosial rifahı təmin edilir, gələcəkdə isə Qarabağın digər bölgələrində və Azərbaycan regionlarında da uğurla tətbiq ediləcək. Azərbaycan isə bu sahədə Cənubi Qafqazda ən önəmli yenilikləri tətbiq edən önəmli bir model və baza rolunu oynayacaq. (AZƏRTAC)