26.07.2025, 10:11
AZ EN
25.07.2025, 12:30 226

Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 43 %-ə yaxın azalıb

XƏBƏRLƏR
  • Qarabağ Dirçəliş Fondu 2024-cü ili 137,525 milyon manat xalis mənfəətlə başa vurub.

Fondun maliyyə hesabatında bildirilir ki, bu, 2023-cü illə müqayisədə 42,8 % azdır.

Ötən il Qarabağ Dirçəliş Fondunun ianə gəlirləri 80,287 milyon manat (əvvəlki ilə nisbətən 2,6 dəfə az), maliyyə gəlirləri 74,579 milyon manat (58 % çox), ümumi, inzibati və sair əməliyyat xərcləri 3,635 milyon manat (0,2 % çox), dəyərsizləşmə gəlirləri 1,360 milyon manat (əvvəlki il zərər olub), maliyyə zərəri 469 min manat (əvvəlki il gəlir olub), mənfəət vergisi ödəmələri isə 14,596 milyon manat (55,3 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə Qarabağ Dirçəliş Fondunun aktivləri 1 milyard 617,813 milyon manat olub ki, bu da illik müqayisədə 9,5 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 74 % artaraq 7,575 milyon manata, balans kapitalı isə 9,3 % artaraq 1 milyard 610,238 milyon manata çatıb.

Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Fond işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. (Report)

Oxşar xəbərlər