16.12.2025, 17:31
AZ EN
16.12.2025, 13:21 180

İşğaldan azad edilmiş torpaqlarda II investisiya müsabiqəsi başladı

XƏBƏRLƏR
  • Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə ikinci investisiya müsabiqəsi elan olunub.

"Vətən səsi" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi  məlumat yayıb. Bildirilir ki, torpaqların müsabiqə ilə sahibkarlıq subyektlərinə icarəyə verilməsi Prezident İlham Əliyevin 27 noyabr 2024-cü il tarixli 236 nömrəli fərmanı ilə təsdiqlənmiş "İşğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları"na əsasən həyata keçiriləcək. İnvestisiya layihələri müxtəlif istiqamətləri - balıqçılıq, intensiv heyvandarlıq, bağçılıq, üzümçülük (şərab emalı ilə birlikdə), gülçülük, dənli birillik əkinlər, müasir suvarma sistemi qurulmaqla kənd təsərrüfat fəaliyyəti sahələrini əhatə edəcək. İnvestisya layihələrinin həyata keçiriləcəyi torpaq sahələri isə işğaldan azad edilmiş 9 rayonu (Xocavənd, Xocalı, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdərə, Ağdam, Füzuli və Laçın) əhatə etməklə ümumilikdə 12 min 960 hektarda aparılacaq.

Xatırladaq ki, icarə müqaviləsi ilkin olaraq 5 il müddətinə imzalanır. Həmin müddətin sonunda qaydalara uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin müqaviləsinin tələblərinə əməl etdiyi, o cümlədən torpaqdan səmərəli istifadə olunduğu müəyyən edildikdə müddəti əlavə 44 ilədək uzadılır.
İnvestisiya layihəsində iştirak etmək üçün sənədlərin qəbulunun dünən başlanıb və 5 fevral 2026-cı il tarixədək davam edəcək. Sənədlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (eagro.az) vasitəsilə qəbul olunacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər