22.02.2025, 10:16
AZ EN
21.02.2025, 17:03 131

“Aztelekom”: Xocalının Ballıca kəndi yüksək sürətli internetlə təmin edililib

XƏBƏRLƏR
  • Xocalı rayonunun Ballıca kəndində yüksək sürətli internet xidməti təmin edilib.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom”un mətbuat katibi Alidə Mustafayeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Xocalı rayonunda 211 ev təsərrüfatı və 4 biznes subyekti, Ballıca kəndində isə 57 ev təsərrüfatı və 1 biznes subyekti müasir telekommunikasiya xidmətlərinə qoşulub. "Tələbat yarandıqca yeni qoşulmalar davam edəcək. Azərbaycanın digər şəhər və rayonlarından Xocalıya edilən zənglər zamanı 026-20 və müvafiq nömrə yığılmaqla əlaqə saxlamaq mümkündür. Beynəlxalq danışıqlar üçün isə +994-26-20 və müvafiq nömrə yığılmalıdır".

A. Mustafayeva qeyd edib ki, göstərilən xidmətlər passiv xətt üzərindən işləyən GPON texnologiyası əsasında həyata keçirildiyi üçün modem olmadan mümkün deyil.

"Vətəndaşlar yaranan suallarla bağlı "Aztelekom" MMC-nin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə müraciət edə bilərlər. İnternet xidmətlərinin təkmilləşdirilməsi elektron hökumət xidmətləri, onlayn təhsil, tibb və biznesin inkişafına şərait yaradır. Bununla yanaşı, bu addım Azərbaycanın IT şirkətləri, startaplar və investorlar üçün ölkəni daha cəlbedici məkana çevirməyə töhfə verəcək", – deyə, o əlavə edib. (Report)

Oxşar xəbərlər