01.10.2023, 02:47
AZ EN
13.09.2023, 17:44 155

İşğaldan azad edilmiş ərazilərdə daha bir vergi güzəşti

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərdə kiçik və orta sahibkarlığın dəstəklənməsi, rəqabətə davamlı biznes mühitinin yaradılması yolu ilə əlavə iş yerlərinin yaradılması prioritet vəzifələrdəndir. Məhz buna görə də Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzur bölgəsində kiçik və orta sahibkarlıq nümayəndələrinə vergi güzəştlərinin tətbiq olunması üçün yeni imkanlar yaradır. İşğaldan azad edilmiş ərazinin rezidentlərinin satışdankənar gəlirlərinin vergidən azad edilməsi də bu məqəsdə xidmət edir.

Bəs, işğaldan azad edilmiş ərazinin rezidentlərinin satışdankənar gəlirlərinin vergidən azad olunması nə deməkdir və bu güzəştlərə kimlərə şamil edilir?
“Vətən səsi” xəbər verir ki, işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə həmin ərazilərdə vergi uçotuna alınan və bilavasitə orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür. Məsələn, “Dirçəliş” MMC Laçın şəhərində gündəlik tələbat məmulatlarının pərakəndə satışı fəaliyyəti göstərən işğaldan azad edilmiş ərazinin rezidenti hesab olunur. Mövcud qaydalara görə, adıçəkilən MMC-nin məzənnə fərqindən yaranan gəlirləri mənfəət vergisindən azad edilir. Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, Vergi Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan vergi azadolmaları işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilir. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi satışdankənar gəlirlərə aiddir.

Qeyd olunanlara əsasən, işğaldan azad edilmiş ərazinin rezidenti olan MMC-nin satışdankənar gəlirləri həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunmuşdursa, mənfəət vergisindən azaddır. Bu, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən “Dirçəliş” MMC kiçik və orta sahibkarlığa dövlət dəstəyinin artırılması, qeyri-neft sektorunun inkişafının stimullaşdırılmasına dəstək məqsədi daşıyır.

Elxan SALAHOV

Oxşar xəbərlər