"Vətən səsi" xəbər verir ki, bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev deyib. Onun sözlərinə görə, şirkətin işğaldan azad olunmuş ərazilərdə fəaliyyəti, əsasən, Ağdamdakı meyvə bağlarını əhatə edir. Bunların böyük əksəriyyəti nar bağlarıdır: “Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından sonra Qarabağdakı su qaynaqları hesabına Ağdamdakı bağlarımızın suvarma imkanları yaxşılaşıb. Həmin bağlarda tam olaraq suvarma sisteminin qurulmasını yekunlaşdırmışıq. İnfrastrukturun qurulması istiqamətində investisiyalarımız davam edəcək".
Anar Mehdiyev onu da bildirib ki, "Azərşəkər" MMC bu il tərəfdaş şirkətlərzlə birlikdə Ağdamdakı meyvə bağlarını bütün aqronomik normalara uyğun idarə etməyə başlayacaq: "Biz bu istiqamtdə genişmiqyaslı iş quracağımızı mümkün sayırıq. Bütün potensialdan tam olaraq yararlanma isə önümüzdəki illərdə mümkün olacaq”.
Elxan SALAHOV