"Vətən səsi" xəbər verir ki, sahibkarların maraq göstərdiyi bölgələrdən biri də Qubadlı rayonudur. Belə ki, Qubadlıda 112,5 min manat sərmayə ilə yeni şirkət yaradılıb. "Sap Karyer" MMC ötən ilin iyulunda Dövlət Vergi Xidmətində qeydiyyata alınıb. Nizamnamə kapitalı 112 min 500 manat olan şirkətin hüquqi ünvanı da hazırda yenidən qurulan Qubadlı rayonunda yerləşir.
Xatırladaq ki, 1 iyul 2024-cü il tarixə olan məlumata görə, Qarabağın biznes fəaliyyəti göstərmək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1950-dən çox müraciət daxil olub. Həmin müraciətlərin 1450-dən çoxu yerli, yerdə qalanı isə xarici şirkətlərə aiddir. Ümumi müraciətlərin 980-dən çoxu investisiya layihəsidir ki, onun da 48 faizi ticarət və xidmət, 22 faizi sənaye, 22 faizi kənd təsərrüfatı, 8 faizi isə tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edir.
Elxan SALAHOV