Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyevin Şuşada keçirilən Türk Biznes Forumunda məlumat verib.
O bildirib ki, sahibkarlara xüsusi güzəştli bank kreditlərinin verilməsi, kommunal xidmətlərin endirimli tariflə təklif edilməsi, sosial sığorta ödənişlərin subsidiyalaşdırılması, xammal idxalının gömrük və yaxud əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulub. (Trend)