Əlamətdar haldır ki, Füzuli filialının açılışını bildirən rəmzi qırmızı lent məhz “Bank Respublika”nın “Füzulinin azad olunmasına görə" medalı ilə təltif olumuş əməkdaşları tərəfindən kəsilərək müştərilərin istifadəsinə verilib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsinin müavini Eldar Seyidov ölkənin aparıcı bankından biri olan “Bank Respublika”nın Füzulidə filial açmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və filialın kollektivinə işlərində uğurlar arzulayıb.
Qeyd edilib ki, geniş ərazidə yerləşən və müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Bankın strateji inkişaf proqramında işğaldan azad olunmuş torpaqlarımızın bərpası və dirçəlməsi məqsədilə gələcəkdə yeni filialların aparılması planlanır.
“Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 36 filialı və 2 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.
Günel QULİYEVA