İştirakçılar tərəfindən maraqla qarşılanan sərgidə şirkətin istehsal etdiyi premium işçi ayaqqabılarının yeni modellərinə dair nümunələr nümayiş etdirilir.
“KazBuild” sərgisi inşaat sektoru üzrə regionun ən böyük və nüfuzlu tədbirlərindən biridir. Bu il sərgidə 23 ölkədən 401 iştirakçı, Almaniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, Rusiya, İran kimi ölkələrin aparıcı istehsalçıları yer alır. Sərgi sentyabrın 5-də başa çatacaq.
Qeyd edək ki, “Bafco Invest” MMC Ağdam Sənaye Parkında qoruyucu işçi ayaqqabı və poliuretan çəkmələrin istehsalı ilə məşğuldur. (Trend)