Bu barədə Qarabağda səfərdə olan Çinin “Dongfang Electronics Corporation” (DEC) şirkətinin baş direktorunun müavini Şitan Tsao bildirib.
O, işğaldan azad edilən ərazilərdəki dağıntıları görüb, məyus olduğunu bildirib. “Biz həm də bu torpaqların sürətlə bərpasının şahidi olduq. Ən son texnologiyalar tətbiq edilir. Burada əlbəttə ki, Azərbaycan Prezidentinin və bütövlükdə Azərbaycan xalqının rolunu qeyd etməliyik”, - deyə o vurğulayıb.
“Füzuli” yarımstansiyasında ən son rəqəmsal texnologiyaların tətbiqindən danışan Şitan Tsao vurğulayıb ki, DEC ekspertləri işğaldan azad edilmiş torpaqların enerji infrastrukturunda aparılan işləri yüksək qiymətləndirirlər. Biz artıq “Azərişıq” şirkəti ilə əməkdaşlığa başlamışıq. Bu əməkdaşlıq təkcə DEC ilə “Azərişıq” arasında deyil, həm də iki ölkə arasındadır. Biz ən müasir texnologiyaları təklif etmək istəyirik”, - deyə baş direktorun müavini bildirib. (AZƏRTAC)