19.06.2025, 08:45
AZ EN
23.11.2023, 11:50 367

Azad edilmiş rayonlarda tikinti işlərinə yönəldilən vəsait 2 dəfədən çox artıb - SİYAHI

XƏBƏRLƏR
  • 2023-cü ilin yanvar-sentyabr aylarında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 3 milyard 870 milyon 593 min manat vəsait sərf edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2.1 dəfə və ya 2 milyard 41 milyon 758 min manat çoxdur. Belə ki, 2022-ci ilin ilk 9 ayında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 828 milyon 865 min manat vəsait yönəldilib.

Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə Laçında 7.5 dəfə, Kəlbəcərdə 3.2 dəfə, Ağdamda 2.7 dəfə, Füzuli və Şuşada isə 2 dəfə artırılıb.

Əlavə edək ki, hesabat dövründə ən çox vəsait Laçın (983 milyon 43 min manat), Kəlbəcər (650 milyon 370 min manat), və Füzuli (585 milyon 624 min manat) rayonlarına ayrılıb.

     

Azad edilmiş rayonlar

2022-ci ilin ilk 9 ayı Min manat.

2023-cü ilin ilk 9 ayı Min manat.

Laçın

130 681

983 043

Xocavənd

131 339

87 304

Kəlbəcər

201 541

650 370

Füzuli

296 210

585 624

Zəngilan

352 776

367 889

Ağdam

128 459

341 420

Cəbrayıl

326 598

334 275

Şuşa

159 224

332 300

Qubadlı

101 942

188 330

Xocalı

95

38

Oxşar xəbərlər