20.12.2024, 16:44
AZ EN
20.12.2024, 08:44 215

Vüqar Bayramov: "D-8 təşkilatına üzvlük ölkəmizin geosiyasi mövqeyini daha da gücləndirəcək"

XƏBƏRLƏR
  • "Azərbaycan D-8 təşkilatına üzv oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur: “Bu, bizim üçün qürur mənbəyidir”.

Bunu millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, nominal ÜDM-i 5 trilyon 199 milyon dollar, real ÜDM-I isə 18 milyard 182 milyon dollar olan D-8 ölkələri müsəlman dünyası əhalisinin 63.0 faizinə sahibdir. Bu dünya əhalisinin 16.0 faizi deməkdir. Bu ölkələr arasındakı ticarət dövriyyəsi 150 milyard dollardan çoxdur. Bu isə o deməkdir ki, D-8 təşkilatına üzvlük iqtisadi inkişafın gücləndirilməsi baxımından Azərbaycan üçün yeni imkanlar yaradır. Üzvlük eyni zamanda ölkəmizin geosiyasi mövqeyini daha da gücləndirəcək.

Azərbaycan təşkilatın 9-cu üzvü olmaqla yanaşı yarandıqdan sonra bu təşkilata üzv olan yeganə ölkədir.Təşkilat 15 iyun 1997-ci il tarixində yaradılmışdır.

Yeni üzvlük ölkəmiz üçün xeyirli və düşərli olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər