Bu barədə müsabiqənin rəsmi saytına https://koreawinechallenge.com/ istinadən xəbər verir.
Müsabiqədə Koreyanın şərab dequstasiyası üzrə ən yaxşı 51 eksperti tərəfindən Fransa, İtaliya, İspaniya, Çili və digər regionların dünyaca məşhur zavodlarının 808 şərab nümunəsi qiymətləndirilib. Ekspertlər şərabların rəngini, xarici görünüşünü, ətrini, dadını və digər xüsusiyyətlərini dəyərləndiriliblər. Müsabiqənin əsas məqsədi, distribyutorları və istehlakçıları müxtəlif şərabçılıq regionlarında istehsal olunan və keyfiyyəti aparıcı ekspertlər tərəfindən təsdiqlənmiş müxtəlif şərablarla tanış etməkdir.
Qeyd edək ki, ekspertlər tərəfindən yüksək qiymətləndirilən “Ağdam” portveyni müsabiqədə ilk dəfə iştirak edib və o, bu müsabiqədə mükafat qazanan yeganə Azərbaycan şərabı olub.
SSRİ dövründən tanınan və sevilən bu içki 2022-ci ildən etibarən “Abrau-Dürso” şirkətlər qrupunun nəzarəti altında klassik hazırlanma üsulları saxlanılmaqla Şəki rayonundakı “Şəki Şərab” zavodunda yenidən istehsal olunmağa başlayıb. Portveyn Qarabağın Füzuli rayonunda yetişdirilən Rkatsiteli üzüm sortundan çəkilmiş şərabların qarışığından hazırlanır. Buğda spirti əvəzinə premial şərab distillyatının əlavə edilməsi içkinin dadını daha zəngin və nəcib edir. Qıcqırdılma üçün müxtəlif palıd çəlləklərdən istifadə olunur ki, bu da yekun assamblyajın dadında mürəkkəbliyə və fərqliliyə nail olmağa imkan verir. (APA)