Bu barədə dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, təmir işləri inzibati binanın 1-ci mərtəbəsində, fasad və damında aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Dövlət Miqrasiya Xidməti hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasını "AQROMAN" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 275 min 226 manat 15 qəpik ola müqavilə bağlayıb.
Qeyd edək ki, "AQROMAN" Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Rəfiyev Müzadil İlqar oğludur. (Trend)