Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, mikrosahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonu üzrə 3 875 (ümumi saya görə 2,2%), Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 851 (ümumi saya görə 0,5%) olub.
Kiçik sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 188 (ümumi saya görə, 1,6%), Şərqi Zəngəzur iqtisadi rayonunda 52 (ümumi saya görə, 0,4%) təşkil edib.
Orta sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 86 (ümumi saya görə, 2,1%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 22 (ümumi saya görə, 0,6%) olub.
Oktyabrın 1-nə Qarabağ iqtisadi rayonunda 6 (ümumi saya görə, 0,7%), Şərqi Zəngəzur iqtisadi rayonunda 5 (ümumi saya görə, 0,6%) iri sahibkarlıq subyekti qeydə alınıb.
1 oktyabr tarixinə Qarabağ iqtisadi rayonunda 87 510 (ümumi saya görə, 6,4%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 5 876 (ümumi saya görə, 0,4%) fərdi sahibkar fəaliyyət göstərib. (Trend)