21.11.2024, 15:12
AZ EN
01.11.2024, 14:13 256

Azər Fərəcov: "COP29 zamanı dəmir yollarından gündəlik 5 minədək əlavə sərnişin istifadə edə bilər"

XƏBƏRLƏR
  • BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı gündəlik 5 minədək əlavə sərnişinin dəmir yolları vasitəsilə daşınması mümkün olacaq.

Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

"Biz maksimal bu sayı nəzərdə tutmuşuq. Gündəlik 27 min sərnişin Bakı Dəmiryolu Vağzalından istifadə edir. COP29 vaxtı ümumilikdə 32 minə yaxın sərnişin bu vağzaldan istifadə edə biləcək", - o vurğulayıb.

A.Fərəcov hesab edir ki, mövcud qatarlar dəmir yolundan istifadə edəcək sərnişin sayına kifayət edir.

Xatırladaq ki, hazırda Bakı Dəmiryolu Vağzalından gün ərzində 30 minədək sərnişin istifadə edir. Ötən il bu stansiyadan istifadə edən sərnişinlərin sayı 5 milyon nəfərə yaxın olub. 2024-cü ilin on ayında isə bu rəqəm 4 milyon yarıma çatıb. (Report)

Oxşar xəbərlər