“Metkons” MMC-nin baş direktoru Nicat Hacıyev bildirib ki, illik gücü 33 min ədəd müxtəlif avadanlıq istehsalı olan zavodda Türkiyə, İtaliya, Rusiya və Çin texnologiyaları tətbiq edilib. Ümumi investisiya dəyəri 3,9 milyon manat olan zavodda istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. Zavodda 90 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Digər istehsal müəssisələri kimi, “Metkons” MMC də sənaye parkında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 91 min manatdan çox vəsaitə qənaət edib.
Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında “Metkons” Məhdud Məsuliyyətli Cəmiyyətinin havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunun açılışında iştirak edib. (AZƏRTAC)