19.10.2024, 03:32
AZ EN
28.08.2024, 14:12 238

Cəbrayılda yeni qurulan zavod gələn il istehsala başlayacaq

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş Cəbrayıl rayonunda İtaliyanın “Iveco” markalı avtomobilləri üçün servis mərkəzinin yaradılmasına dair layihə işləri başa çatıb.

"Vətən səsi" xəbər verir ki, “Iveco" brendinin yüngül tonnajlı yük avtomobillərinin istehsalının təşkilinə təxminən 10 milyon manat investisiya yatıracaq. İnvestisiya layihəsi “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti “Az-Tex-Import” MMC tərəfindən həyata keçiriləcək.

Şirkətin təsisçisi Samir İbadullayev deyib ki, ilk iki ildə zavodda 100 ədəd avtomobil istehsal ediləcək. Sonrakı illərdə isə işlərin gedişatından asılı olaraq, istehsalın həcminin artırılması planlaşdırılır.

Hazırda müəssisənin inşası işləri həyata keçirilir. Burada istehsala təxminən bir il sonra başlanılacaq. Ümumi investisiya dəyəri 19,2 milyon manat olan layihə çərçivəsində 90 nəfər daimi işlə təmin ediləcək.

Xatırladaq ki, zavodda  "Iveco" brendinin yüngül tonajlı 7,5 tona qədər yükgötürmə qabiliyyəti olan yük avtomobillərinin istehsalı da planlaşdırılır.

Elxan SALAHOV

Oxşar xəbərlər