08.09.2024, 07:28
AZ EN
08.07.2024, 11:20 245

Qəri Counz: “Azərbaycan bütün regionun və Avropanın enerji təhlükəsizliyini təmin edib”

XƏBƏRLƏR
  • Son 30 ildə neft və qaz yataqlarının işlənilməsi sayəsində Azərbaycan bütün regionun və Avropanın enerji təhlükəsizliyini təmin edib.

Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib.

“Bu, əhəmiyyətli texniki resurslar tələb edirdi. Uzunluğu 3,5 min kilometrdən çox olan Cənub Qaz Dəhlizi Avropanı təbii qaza olan ehtiyacını ödəyir. Bu layihə fenomenal mühəndislik və texniki uğurdan bəhs edir”, - Q.Counz bildirib.

O, Bakı Enerji Məktəbi haqqında danışaraq, təlim keçmiş istedadlı tələbələrin enerji keçidinin mürəkkəb prosesinə töhfə verəcəyinə əminliyini ifadə edib. (Report)

Oxşar xəbərlər