Hindistandan gələnlərin sayında artımın olduğuna diqqət çəkən millət vəkili qeyd edib ki, gələnlərin ümumi turistlərin sayındakı çəkisinə görə Hindistan artıq ilk dördlükdədir: "Birinci rübdə gələn turistlərin 7.2 faizi Hindistan vətəndaşları olublar.
Avropadan və Körfəz ölkələrdən gələnlərin sayında yüksək artım tempini qorunub saxlanılıb: Avropa İttifaqından gələnlərin sayı 1,6 dəfə, Ərəb dövlətlərindən gələnlərin sayı 1,5 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı cəmi 31,0 faiz artıb.
Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur". İqtisadçı alim daha sonra əlavə edib ki pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir: "Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır",- deyə V.Bayramov vurğulayıb.
Tahirə AĞAMİRZƏ