18.10.2024, 12:12
AZ EN
05.07.2024, 12:28 273

KOBİA rəsmisi: Qarabağda fəaliyyət üçün 2100-dən artıq sahibkarın müraciəti qeydə alınıb

XƏBƏRLƏR
  • Qarabağda fəaliyyət üçün 2100-dən artıq sahibkarın müraciəti qeydə alınıb.

Bunu Kiçik və orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə sahibkarlarla baş tutan görüşdə deyib.

Onun sözlərinə görə, onların yarısı investisiya layihələri, digərləri isə müxtəlif işlərin görülməsi ilə bağlıdır:

"220-dən artıq layihə artıq reallaşdırılıb. 80-dən artıq layihə isə tamamlanmaq üzrədir. Qısa zamanda qeydə alınan rezidentlərin sayı göstərir ki, Qarabağda biznes fəaliyyətinə maraq böyükdür". (Report)

Oxşar xəbərlər