21.11.2024, 21:49
AZ EN
05.03.2024, 12:48 301

Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər açıqlandı

XƏBƏRLƏR
  • Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər açıqlanıb.

Dövlət Neft Fondundan bildirilib ki, yanvar-fevral aylarında AÇG yatağından 862 mln. ABŞ dolları gəlir əldə edilib.

Sözügedən müddətdə Şahdəniz yatağının (qaz və kondensat) gəlirləri 78,5 mln. ABŞ dolları olub.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 15,7 mln. ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın nəhəng qaz-kondensat yatağı “Şahdəniz”də 26,2 milyard kubmetr qaz hasil edilib.

2024-cü il yanvarın 1-nə sənayenin inkişafı başlayandan bu günə qədər yataqda hasilat 209 milyard kubmetr təşkil edib ki, bunun da 148,1 milyard kubmetri ixrac edilib.

Şahdənizin təsdiq edilmiş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat səviyyəsində qiymətləndirilir.

“Şahdəniz” layihəsində iştirak payı belədir: bp (operator) - 29,99 faiz, SGC (21,02 faiz), LUKOIL (19,99 faiz), TPAO (19 faiz) və NICO (10 faiz). (Trend)

Oxşar xəbərlər