Müzakirələr EBRD-nin Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarovla Bankın birinci vitse-prezidenti Yurgen Rigterink arasında virtual formatda keçirilən görüşdə aparılıb.
“Azərbaycan Bankla əlaqələrin inkişafına önəm verir və EBRD ilə birgə həyata keçirilən layihələr üzrə qabaqcıl təcrübənin, innovativ texnoloji yeniliklərin ölkəmizdə tətbiqi xüsusilə əhəmiyyətlidir. EBRD-lə enerji, xüsusilə bərpa olunan və alternativ enerji, “Hökumət buludu” Məlumat Mərkəzi (G-Cloud) və s. kimi gündəlikdə duran pioritet layihələrin müzakirəsi vacibdir”, - M. Cabbarov deyib.
Y. Riqterink bildirib ki, ikitərəfli əməkdaşlıq portfelinin mühüm məsələləri əhatə edir: “Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüsləri tərəfdaşlığı stimullaşdırdırır. EBRD COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazırdır”.
Görüşdə Bankın dəstəyi ilə ölkədə həyata keçirilən layihələr, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ilə əməkdaşlığın perspektivləri və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanları nəzərdən keçirilib. (Report)