Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Nazir Zəngəzur dəhlizinin strateji əhəmiyyətli olduğunu xüsusi vurğulayıb.
"Qardaş Azərbaycanla ölkəmiz arasında güclü infrastruktur əlaqəsinin yaranacağı bu dəhlizlə birbaşa əlaqə təmin ediləcək. Bu dəhliz vasitəsilə həm Azərbaycan, həm türk respublikaları ilə, həm də uzaq Şərqlə birbaşa əlaqə təmin olunacaq”, - Abdulkadir Uraloğlu diqqətə çatdırıb.
Qeyd edək ki, Türkiyə dəmiryolu xətlərini Zəngəzur dəhlizinə qədər genişləndirir. Ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, dəmiryolu şəbəkəsi 13 min 919 kilometrdən 17 min 11 kilometrədək genişləndiriləcək. Bununla bağlı layihələr tamamlanmaq üzrədir. Həmçinin, 2 min 452 kilometrlik yeni xətlər üçün yol xəritəsi də artıq müəyyənləşib.
Ümumi layihələr sırasında Qars-Iğdır-Aralık-Dilucu (Zəngəzur) dəmiryolu xətti strateji baxımdan əhəmiyyət kəsb edir. Xəttin uzunluğu 224 kilometr olacaq. Marşrut üzrə 5 stansiyanın quraşdırılması planlaşdırılır. Saatda 160 kilometr/saat sürətlə hərəkət nəzərdə tutulan xətdə il ərzində 5,5 milyon sərnişin və 2 milyon ton yük daşınması planlaşdırılıb. (Report)