01.07.2025, 21:30
AZ EN
19.10.2023, 14:45 349

Bəşir Hacıyev: Ağdam Sənaye Parkının yarısı rezidentlərə verilib

XƏBƏRLƏR
  • Ağdam şəhərində yerləşən 190 hektarlıq Sənaye Parkının tam yarısı rezidentlərə verilib.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuğu" panelində bildirib.

“Bir neçə rezidentin fəaliyyətə başlaması üçün qısa zaman qalıb. Ağdam Sənaye Parkında əsas üstünlük təmir-tikinti materiallarının istehsalına verilir. Burada fəaliyyət göstərəcək rezidentlər müxtəlif imtiyazlardan yararlana biləcəklər və ərazidə çalışan inşaat şirkətləri üçün də əlverişli mühit yaranmış olacaq”, - deyə B.Hacıyev vurğulayıb.

Oxşar xəbərlər