Bu fikirləri sentyabrın 30-da Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda “Kranix” dizayn şirkətinin icraçı direktoru Volker Kranix deyib.
Şirkət təmsilçisi Azərbaycan ərazilərində törədilən dağıntıları və erməni vəhşiliklərini vandalizm kimi qiymətləndirib. Onun sözlərinə görə, həmin ərazilərdə, o cümlədən Ağdam, Füzuli, Qubadlı və digərlərində yaşayış üçün heç bir şərait yoxdur. Odur ki, bu regionların bərpası, yenidən qurulması üçün xeyli vaxt və vəsait tələb olunur: “Artıq Azərbaycan dövləti tərəfindən həmin ərazilərin bərpasına başlanılıb. İnsanların öz doğma yurdlarına köçməsi, rahat və təhlükəsiz yaşaması üçün bütün zəruri tədbirlər görülür. Ümid edirəm ki, bu regionda daim sülh və sabitlik olacaq”.
V.Kranix, həmçinin qeyd edib ki, Almaniya şirkətləri də işğaldan azad edilmiş ərazilərin bərpasında maraqlıdır. (AZƏRTAC)