Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası" mövzusuna həsr edilmiş paneldə çıxış edərkən deyib.
Komitə sədri hazırda azad edilmiş ərazilərdə tikinti proseslərinin getdiyini bildirib: “Biz ora həyatı və inamı qaytarırıq. Azərbaycan hökuməti dövlət büdcəsindən azad edilmiş ərazilərdə yenidənqurma işlərinə böyük vəsait ayırıb. Burada çox geniş yol şəbəkəsi salınıb, səhiyyə, təhsil müəssisələri yaradılıb. Ötən il Qarabağ Universitetinin açılışı oldu. Növbəti beş il ərzində 7000 tələbənin Qarabağ Universitetində təhsil alması planlaşdırılır. Hazırda bu ərazilərdə 150 kilometrlik dəmiryolu inşa edilir. Biz tikinti prosesində ağıllı texnologiyalardan istifadə edirik. Münaqişədən sonra yenidənqurma çox uzun prosesdir. Sülhün qurulması isə regional bir prosesdir. Çağırışlar imkanlara çevrilməlidir”. (AZƏRTAC)